
Az.shafaqna.com “The New Zealand Herald”-a istinadən xəbər verir ki, Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidlərdə 15 martda terror törədəcəyi hədəsi ilə çıxış edən 27 yaşlı kişinin 22 apreldə məhkəməsi baş tutacaq.
Cani qətl cəhdində, terror aktı törətmək hədəsində və qadağan edilmiş materialların yayılması ilə müxtəlif maddələrdə ittiham edilir.
O, buna görə 21 il müddətinə azadlıqdan məhrum edilə biəlr.
Qeyd edək ki, 2021-ci il 4 martda Yeni Zelandiya polisi Krastçörçdəki iki məsciddə törədilmiş terror aktının 2-ci ildönümündə terror aktı törədəcəyi təhdidi ilə çıxış edən 2 kişini tutub. Saxlanılanlardan biri sonradan sərbəst buraxılıb, ikinciyə qarşı isə ittihamlar irəli sürülüb.
Xatırladaq ki, 2019-cu il 15 martda Kraystçörçdəki məscidlərdə müsəlmanlara qarşı dəhşətli terror aktları törədilib. Avstraliyalı Brenton Tarrantın terror aktları nəticəsində 51 dinc insan qətlə yetirilib, 40-dan çox insan isə xəsarət alıb. Tarrant ömürlük azadlıqdan məhrum edilib.






























