Nəcəfdə İmam Əli (ə) ziyarətgahında İmam Səccadın (ə) mövludu qeyd edilib.

Az.shafaqna.com xəbər verir ki, İmam Səccadın (ə) mövludu münasibətilə İmam Əli (ə) ziyarətgahı gül-çiçəklə bəzədilib, mövlud bayrağı qaldırılıb.

Bundan başqa ziyarətgahın xadimləri xüsusi mərasim keçiriblər.

Onlar şeir və mədhiyələr oxuyaraq Həzrət İmam Səccadın (ə) babasının Nəcəfdəki ziyarətgahından İmam Səccadın (ə) mübarək məzarı olan Bəqiyə salam göndəriblər.

Qeyd edək ki, mövludlar münasibətilə Əmirəlmöminin Əli (ə) ziyarətgahı qapısını zəvvarların üzünə açıb, zirehlərə yaxınlaşmağa izin verilib.