
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın hakim partiyası və müxalifət liderləri arasında 9 saatdan çox davam edən danışıqlar nəticə verməyib.
Tərəflər bir-birini kompromisə getməyə hazır olmamada ittiham ediblər.
“İrəliləyiş var idi, lakin sazişin baş tutmaması müxalifət üçün məqsədin özü idi. Onlar tərəfindən qanunun aliliyinə aid ultimatumlar var idi. Bizdə belə bir məlumat var idi ki, siyasətçilərin əksəriyyəti Kiyevdən Mixail Saakaşvili tərəfindən idarə olunur və danışıqları pozmaq onların məqsədi idi”, – deyə “Gürcü Arzusu”-nun sədri İrakli Kobaxidze bildirib.
Üstəlik o qeyd edib ki, “danışıqlar prosesi başa çatmayıb” və onun davam edəcəyini də istisna etməyib.
Parlament sədri Arçil Talakvadze deyib ki, hakim partiya “müxalifət hazır olan kimi istənilən an danışıqlar masasına geri dönməyə” hazırdır.
Müxalifət liderləri isə, öz növbələrində, bəyan ediblər ki, danışıqların pozulmasının təqsiri hakim partiyadadır və bunun iki əsas səbəbi isə iki prinsipial məsələdir – növbədənkənar seçkilər və siyasi məhbusların azad edilməsi.
“Elə təəssürat yaranır ki, (sanki) ikinci tərəfə bu mövzular üzrə danışmaq qadağandır… Bu məsələlərdə hətta kompromiss təkliflər cəhdinə belə çatmadıq”, – deyə “Avropa Gürcüstanı” lideri Giga Bokeriya bildirib.
“Gürcü Arzusu məsələnin həllində məsuliyyəti öz üzərinə götürməyə hazır deyil”, – deyə “Respubkilaçı Partiyası”-nın lideri Xatuna Samnidze qeyd edib.
“Vahid Milli Hərəkat”-dan (VMH) isə qeyd edilib ki, müxalifət etiraz aksiyalarını davam etdirəcək.
“Çıxış yolu Avropa İttifaqı tərəfindən (Gürcüstan hökumətinə) təzyiqin artırılmasında və vətəndaş etirazlarındadır”, – deyə VMH liderlərindən biri Akakiy Minaşvili bildirib və əlavə edib ki, etirazlar hazırda var və daha da geniş və intensiz olacaq.






























