“Bəzi mövzularda irəliləyiş var, amma konsensus əldə olunmayan məsələlər də var”.

Az.shafaqna.com Gürcüstanın InterPress portalına istinadən xəbər verir ki, bunu müxalifət və iqtidar arasında keçirilən görüşdən sonra brifinqdə Christian Danielsson deyib.

Qeyd olunur ki, Avropa Şurası Prezidenti Charles Michel-in şəxsi nümayəndəsi Christian Danielsson-un vasitəçiliyi ilə “Gürcü Arzusu” ilə müxalifət arasında təxminən on saat davam edən görüş uğursuz nəticələnib.

“Prezident Michel-in şəxsi nümayəndəsi olaraq bütün bu həftə çox çətin danışıqlarda iştirak etdim. AB və ABŞ tərəflərin razılığa gəlmələri və Gürcüstanda mövcud siyasi böhrana son qoymaları üçün çox çalışdılar. Siyasi böhranın sona çatması Gürcüstan liderləri üçün koronavirus pandemiyasının sona çatması və onun sosial və iqtisadi nəticələrinə diqqət yetirmək, AB gündəmində irəliləmək və Gürcüstanın bölgədəki təhlükəsizlik maraqlarını müdafiə etmək fürsəti tapmalarını ifadə edirdi. Bunlar ölkənin üzləşdiyi real problemlərdir.  Prezident Michel-in qoyduğu 6 maddəlik planla əlaqədar bəzi məsələlərdə ciddi irəliləyiş əldə edildi. Böhranla əlaqəli problemlərin həlli üçün üçün bu təqdirəlayiq və vacibdir.  Digər məsələlərə gəlincə, daha az irəliləyiş var idi”, – Danielsson qeyd edib.

Danielsson bu gün, 19 martda Gürcüstanı tərk edir.

Qeyd edək ki, Avropa Şurası Prezidentinin Şəxsi Nümayəndəsi Christian Danielsson 12 martda Gürcüstana gəlib.