Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 12 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1085 -ə çatıb, onlardan 911 nəfər sağalıb, 16 nəfər ölüb.  Karantin rejimində 5724 vətəndaş, stasionarlarda isə 247 nəfər qalır.