Türkiyənin Daxili işlər naziri Süleyman Soylu 18 Mart Şəhidləri Anma Günü və Çanaqqala Zəfərinin 106-cı ildönümü münasibətilə paytaxt Ankarada təşkil edilən tədbirdə çıxış edib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbərinə görə, Soylu çıxışında deyib ki, 40 ildir terror təşkilatı PKK-nın tarixinin ən çox dəstək aldığı dövrü yaşamasına baxmayaraq endirilən zərbələr nəticəsində ölkə daxilindəki üzv sayı 300-ə qədər azalıb.
Təslim olan terrorçu sayının təşkilata qatılanların sayından 5 dəfə çox olduğunu ifadə edən Nazir Soylu, 2021-ci ilin ilk ayından bəri davam edən əməliyyatlar nəticəsində PKK üzvü 121 terrorçunun zərərsizləşdirildiyini, planlaşdırılan 26 terror aktının qarşısının alındığını sözlərinə əlavə edib.
Bu məqaləni paylaş