Türkiyədə gələn həftədən 60-65 yaş qrupu şəxslərin vaksinasiyasına başlanılır.

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı ölkənin səhiyyə naziri Fəxrəddin Koca dünən (17 mart) verib.
Nazir videokonfrans şəklində keçirilmiş iclasa qatılaraq, başçılıq etdiyi Elmi Komitənin yığıncağından sonra verdiyi açıqlamada bildirib ki, “Covid-19″un kütləvi bir problem olmasının dayandırması üçün qarşımızda illər yox, aylar var. İnsanlıq 2020-ci ilin çarəsizliyinin öhdəsindən gəldi. 2021-ci il ümid və qələbə ilidir. Türkiyə peyvənd tədarük nöqtəsində potensial problemləri nəzərdə tutaraq erkən hərəkətə keçdi. Hazırda istifadə etdiyimiz peyvənddən (Çin istehsalı olan “SinoVac”) fərqli bir peyvənd olan “BioNTech” peyvəndinin ilk 5 800 dozası ölkəmizə çatdı. Tətbiq edilməsi üçün bu ay daha 4,5 milyon doza gələcək. Bu əsnada peyvənd testləri tamamlanacaq. Bu peyvənd də növbədə olanlara tətbiq ediləcək.

Nazir Koca 65 yaşdan yuxarı və səhiyyə işçilərinin peyvəndlənmə prosesinin tamamlandığını ifadə edərək, “Gələn həftədən 60-65 yaş qrupu şəxslərin vaksinasiyasına başlanılır” deyib.