Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda pandemiya ilə bağlı tətbiq edilən bir sıra məhdudiyyətlər yumşaldılıb.

Bu barədə Gürcüstan hökumət administrasiyasının rəhbəri İlya Darçiaşvili bugünkü brifinq zamanı bildirib.

“Bu gün koordinasiya şurası əlavə yumşaldılmalar barədə qərar qəbul etdi. 1 apreldən uşaq əyləncə mərkəzləri və kinoteatrlar tənzimləmələr və məsləhətlərə riayət etməklə işlərini bərpa edə biləcək”, – deyə o qeyd edib.

Həmçinin 28 mart tarixinə Gürcüstan və İspaniya yığmalarının futbol qarşılaşması da planlaşdırılıb. Bununla bağlı ölkə rəhbərliyi qarşılaşmaya tamaşaçıların buraxılması qərarını qəbul edib – tribunalar 30% dolu olacaq. Həmçinin Gürcüstanda planlaşdırılan cüdo müsabiqələrinə də tamaşaçılar buraxılacaq – burada da tribunalar 30% dolu olacaq.