
Az.shafaqna.com “Islam.ru”-ya istinadən xəbər verir ki, əfsanəvi ispaniyalı futbolçu Xavi “Barselona”-nın hücumçusu Lionel Messinin gələcəyi barədə fikir bildirib.
“Messi qalacaqmı? – Ümid edirəm ki, inşallah, Messi “Barselona”-ya, “Barselona” da Messiyə lazımdır. Bu, zaman məsələsidir, lakin, inşallah, o, davam edəcək”, – deyə Xavi qeyd edib.
Xatırladaq ki, Xavi keçmişdə “Barselona”-nın yarım-müdafiəçisi olub, hazırda Qətərin “Əl-Sədd” klubunun məşqçisidir.






























