
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, UFC çempionu Həbib Nurmaqomedov atası Əbdülmanaf Nurmaqomedovun vəfatını ilk dəfə şərh edib.
O, müvafiq paylaşımı “Instagram”-da edib.
“Ata, yerin görsənəcək. Sən həm ata idin, həm dost idin, həm qardaş idin, həm də məşqçi idin. Sən mənə, demək olar ki, hər şeyi öyrətdin. Ümid edirəm ki, sən məndən razı idin”, – deyə o yazıb.
Xatırladaq ki, rusiyalı idmançının atası 58 yaşında vəfat edib.






























