Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Avropa Şurası prezidentinin şəxsi təmsilçisi Kristian Danielson ilə görüşdən sonra açıqlama verib.

Görüş baş tutub, bu cür məsləhətləşmələr müxalifət təmsilçiləri ilə də ola bilər“, – deyə o bildirib.

Kobaxidzenin sözlərinə görə, müxalifətlə ehtimal edilən görüş bu gün baş tuta bilər.

Biz çox ümid edirik ki, bu dialoq uğurla, razılıqla başa çatacaq. Əgər hər bir tərəfdən lazımi yanaşma olsa, belə olan halda dialoq uğurlu olacaq. Nəzərdə tutulan razılıqla əlaqəli konkret mövzularla bağlı danışıq olub və biz konkret məsələlər və detalları müzakirə edirdik. Bizim ümidimiz var, lakin hər şeyi dialoq tərəflərinin göstərəcəyi münasibətdən asılıdır”, – deyə o qeyd edib.

Hakim partiyanın sədri deyib ki, beynəlxalq həmkarlara heç bir “qırmızı xətt” barədə danışığın olmayacağına vəd verilib.

Biz bu vədə əməl edirik, lakin müxalifət bu vədə riayət etmir”, – deyə o əlavə edib.