Bu haqda Az.shafaqna.com-a Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Seyid Cavad Şəhristaninin Gürcüstan təmsilçisi, “Alulbayt” Gürcüstanın müdiri Hacı Faiq Nəbiyev bildirib.

Hacı Faiq Nəbiyev qeyd edib ki, bu gün  Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsi Ayətullah Şəhristaninin koronavirus testi müsbət çıxıb.

“Mən Qum ilə əlaqə saxladım. Qan analizlərinin nəticəsi bir az əvvəl açıqlanıb. Ayətullah Şəhristaninin koronavirus (COVİD 19) nəticəsinin müsbət çıxdığını dedilər. Hazırda ciddi həkim nəzarətində karantin vəziyyətindədir. Ancaq səhhəti normal, narahat edəcək heç bir problemi yoxdur.”, -deyə Hacı Faiq Nəbiyev əlavə edib.

Qeyd edək ki, “Şafaqna” Agentliyi İranın Qum şəhərindən bir az əvvəl məlumat yayıb ki, koroanvirus aşkarlanan Ayətullah Şəhristaninin səhhəti normaldır və durumu ağırlaşmayıb. Həkimlər onun Allahın izni və möminlərin duası ilə daha da yaxşılaşacağını ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, Ayətullah Seyid Cavad Şəhristani İslam Dünyasının böyük mərcəiyyətindən olan Ayətullahül Üzma Seyid Sistaninin xüsusi nümayəndəsidir.

Əvvəlki məqaləİraqda Partiya rəhbəri koronavirusdan öldü
Növbəti məqalədəPakistanda koronavirusa yoluxanların sayı 200 mini keçdi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin
This site is protected by reCAPTCHA and the Google Privacy Policy and Terms of Service apply.

The reCAPTCHA verification period has expired. Please reload the page.