Kaladze barəsində yayılan şayiələrə aydınlıq gətirdi

Az.shafaqna.com “Imedi”-yə istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze siyasətdən getməsinə dair yayılmış şayiələri təkzib edib və bildirib ki, heç hara getməyə hazırlaşmır.

O deyib ki, silahdaşları ilə birlikdə gördüyü iş ölkəyə lazımlıdır və paytaxt və tbilisililərin bütün problemlərini həll etmək üçün gecə-gündüz işləməyə davam edəcək.

Mənim gedişimə dair şayiələr məqsədyönlü şəkildə yayılır. Əvvəla, nəyə görə Milana getməli olduğumu anlamıram. Mən 2012-ci ildə Milandan geri qayıtmışam. Mən idman karyeramı başa çatdırmışam və heç hara getməyə hazırlaşmıram. Mən uzun müddət siyasətdə qalmağa hazırlaşıram, cəmiyyət, əhali tərəfindən dəstək aldığım müddətcə”, – deyə Kaladze bildirib.

Paytaxt merinin sözlərinə görə, o, işləri heç vaxt tamamlanmamış buraxmır, həmişə onları sona çatdırır və sabahkı Tbilisinin bugünkündən daha yaxşı olması üçün indi hər şeyi edir.

Xatırladaq ki, son zamanlar sosial şəbəkələrdə şayiələr gəzir ki, Kaxa Kaladze siyasətdən gedərək Milana geri dönür.

Qeyd edək ki, o, 2017-ci ildən Tbilisinin meridir.

Bu məqaləni paylaş