Az.shafaqna.com “ArabNews”-ə istinadən xəbər verir ki, Böyük Britaniyadan olan jurnalist Culi Berçill müsəlman aktivist xanımın ünvanına islamofob fikirlər səsləndirdiyi və böhtan üçün böyük məbləğdə kompensasiya ödəyib.

Belə ki, “Sunday Telegraph” qəzetinin əməkdaşı Culi – müsəlman xanım Aş Sərkarı radikalizmdə ittiham edib və İslam Peyğəmbərinin (s) ünvanına böhtanlar səsləndirib.

Berçillin ehtiramsız və təhqiramiz bəyanatları cəzasız qalmayıb. Məhkəmə prosesindən sonra o, xanım Sərkara məbləği açıqlanmayan mənəvi təzminat ödəyib. Üstəlik, jurnalist xanım Sərkardan ictimai şəkildə üzr də istəyəcək.

Jurnalist özünün sosial şəbəkə səhifələrində islamofob fikirlər səsləndirdiyini, xanım Aş Sərkarı təhqir etdiyini və ona böyük stress yaşatdığını etiraf edib, həmçinin öz izləyicilərindən bu üzrxahlıq paylaşımını paylaşmağı da istəyib.