photo : press-service of the Government of Georgia

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında bütün partiyaları konstruktiv dialoqa səsləyib və deyib ki, ölkədəki siyasi böhran süni şəkildə yaradılıb.

Bir daha demək istəyirəm ki, süni şəkildə yaradılmış siyasi böhran üçün heç bir əsas yoxdur. Müvafiq olaraq da, mən bir daha bütün tərəfləri səsləmək istəyirəm ki, biz pandemiya, iqtisadi problemlər, işsizlik kimi böyük problemlərin üzərində diqqəti cəmləyə, fokuslana bilməyimiz və ölkənin normal siyasi həyata dönməyi üçün konstruktiv dialoq şəraitində maksimum qısa müddətdə çıxış yolu tapa bilək”, – deyə o bildirib.

Baş nazir “müxalifətin konstruktiv hissəsinin ağıllı, dövləti qərarlar qəbul edəcəyinə” ümid etdiyini ifadə edib.

Bizim tərəfimizdən, biz bir daha konstruktiv dialoqu davam etdirməyə və müvafiq razılığı mümkün qədər tez əldə etmək üçün hazırlılığımızı təsdiq edirik”, – deyə o qeyd edib.

Xatırladaq ki, ötən gün Gürcüstan iqtidarı və müxalifəti arasında danışıqların növbəti raundu baş tutub. Yekunda “Gürcü Arzusu”-nun sədri İrakli Kobaxidze bildirib ki, danışıqlar prosesi yaxşı irəliləyir və ən əsası da, müxalifət bu prosesi pozmayıb.

Ötən gün siyasətçiləri bu gün “həlledici görüşün baş tutacağını elan ediblər”.