Nəcəfdə İmam Əli (ə) ziyarətgahında Həzrət Əbəlfəzl Abbasın (ə) mövludu qeyd edilib.

Az.shafaqna.com xəbər verir ki, Həzrət Əbəlfəzl Abbasın (ə) mövludu münasibətilə İmam Əli (ə) ziyarətgahı gül-çiçəklə bəzədilib, mövlud bayrağı qaldırılıb.

Bundan başqa ziyarətgahın xadimləri xüsusi mərasim keçiriblər.

Onlar şeir və mədhiyələr oxuyaraq Həzrət Əbəlfəzl Abbasın (ə) atasının Nəcəfdəki ziyarətgahından Kərbəlaya salam göndəriblər.