
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Çin XİN rəsmisi Xua Çunyin bildirib ki, nazirlik ölkənin Vaşinqtondakı səfirliyinin ünvanına partlayış və qətl təhdidlərininin daxil olması haqda xəbərdardır.
“Çin səfirliyinə partladılma və qətl təhdidləri daxil olub. Bu, ABŞ hökumətinin böhtan yayması və kin-nifrəti qızışdırmasının nəticəsidir”, – deyə o qeyd edib.
O, hadisənin təfərrüatları barədə məlumat verməyib.
Xatırladaq ki, artıq uzun müddətdir ABŞ və Çin münasibətlərində gərginlik yaşanmaqdadır.






























