Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan hökuməti pandemiya səbəbi ilə ölkə xaricində qalan vətəndaşlarının mərhələli geri qaytarma prosesini davam etdirir.

Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına görə, xüsusi Paris-Tbilisi reysi ilə 176 nəfər də Gürcüstana geri qayıdıb.

Onlar hava limanında tibbi baxışdan keçirilib, daha sonra isə icbari 14 günlük karantinə göndəriliblər.