
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Çin Marsın araşdırılması üçün nəzərdə tutulmuş “Tyanven-1” araşdırma zondunu kosmosa buraxıb.
Zond CZ-5 ağır daşıyıcı-raketlə təchiz edilib.
Qeyd edilir ki, “Tyanven-1”-in ümumi çəkisi 5 tona çatır: atılan modulun çəkisi 1,3 ton, orbital stansiyanın çəkisi isə 3,7 tondur.
Çin missiyasının məqsədi Marsda həyat izləri axtarmaq, həmçinin onun insan tərəfindən potensial məskunlaşdırılması imkanlarını tədqiq etməkdir.





























