İmam Əli (ə) ziyarətgahında İmam Hüseyn (ə) mövludu qeyd edilib.

Az.shafaqna.com xəbər verir ki, İmam Hüseynin (ə) mövludu münasibətilə İmam Əli (ə) ziyarətgahı gül-çiçəklə bəzədilib, mövlud bayrağı qaldırılıb.

Bundan başqa ziyarətgahın xadimləri xüsusi mərasim keçiriblər.

Onlar şeir və mədhiyələr oxuyaraq İmam Hüseynə (ə) atasının Nəcəfdəki ziyarətgahından Kərbəlaya salam göndəriblər.