
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Avropa Şurası prezidenti Şarl Mişeli şəxsi nümayəndəsi Kristian Danielson bu gün Gürcüstan müxalifəti və hakimiyyəti nümayəndələri ilə birgə görüş keçirəcək.
Görüş yerli vaxtla 16:00-da başlayacaq.
Qeyd edək ki, Danielson bundan öncə də həm iqtidar, həm də müxalifət nümayəndələri ilə görüşlər keçirib. Bu gün baş tutacaq görüşədək isə o, fərdi görüşlər keçirirdi.





























