Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçokun birgə mətbuat konfransı keçirilib.

Az.shafaqna.com-un məlumatına görə, Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçok Azərbaycanda işgüzar səfərdədir.

Mətbuat konfransından başlıqları diqqətinizə çatdırırıq:

Ceyhun Bayramov: Azərbaycan hər zaman beynəlxalq prinsiplərə əsasən mövqe nümayiş etdirib. Biz ölkələrin sərhədlərinin toxunulmazlığı şəraitində xalqların birgə yaşayışının tərəfdarıdır.

İvan Korçok: Slovakiya üçün ərazi bütövlüyü prioriteti var və xarici siyasət strategiyamızda əksini tapıb. Bu  Azərbaycana münasibətdə də bu cürdür.

Ceyhun Bayramov: 10 noyabr bəyanatının bəzi maddələri üzrə hələ də Ermənistandan konstruktiv yanaşma görmürük.

Ceyhun Bayramov: Ermənistan işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təqdim etmir, beynəlxalq humanitar prinsiplərə, insani davranışlara ziddir. Mina partlaması nəticəsində 18 insan ölüb, 78 insan isə ağır yaralanıb. Son hadisə dünən  Ağdamda olub, 6 nəfər minaya düşüb.

İvan Korçok: Slovakiyanın Azərbaycanda səfirliyi açılıb, Azərbaycanın da Slovakiyada səfirliyinin açılmasını istəyərdik.

İvan Korçok: Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı yeni sazişin imzalanması vacibdir, Slovakiya bu sahədə Azərbaycana dəstək verəcək.

İvan Korçok: Biz regiondakı, Qarabağdakı vəziyyəti nəzərdən keçirdik. Mənim  xarici işlər naziri kimi Azərbaycana ilk səfərimdir. Düzdür 20 il əvvəl Bakıda olmuşam. İndiki Bakının inkişafına şad olduq.