
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Pakistan Hindistanla sülhə ümidlidir, lakin İslamabadla sülhə ilk addım Nyu-Dehli tərəfindən atılmalıdır.
Bu barədə Pakistanın Baş naziri İmran Xan bildirib.
Onun sözlərinə görə, o, vəzifəyə gəldikdən sonra Pakistan hökuməti Hindistanla münasibətlərin yaxşılaşması üçün addımlar atıb, lakin bu cəhdlər cavabsız qalıb.
Bununla yanaşı, İmran Xan Hindistanın 2019-cu il 5 avqustda qəbul etdiyi birtərəfli və qanuna zidd – Cammu və Kəşmir ştatının xüsusi muxtar statusunun ləğvinə dair qərarına da diqqət yetirib.
Pakistan Baş naziri kəşmirlilər üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq şəkildə öz müqəddəratlarını təyin etməyə dair hüququnun təmin ediləcəyinə də ümidini ifadə edib.
“Bu, həm Hindistana, həm də Pakistana fayda verəcək. Kəşmir probleminin yoluna qoyulması bütün regionda yoxsulluğun azalmasına və iqtisadi inkişafa ciddi töhfə verəcək”, – deyə o əlavə edib.






























