Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumət nümayəndə heyəti ilə birlikdə Brüssel səfərini davam etdirir.

Bu gün Avropa Parlamenti və NATO-da yüksək səviyyəli görüşlər baş tutacaq.

NATO-nun qərargahında Gürcüstan rəsmilərini ittifaqın Baş katibi Yens Stoltenberq qəbul edəcək. Görüşdən sonra Qaribaşvili və Stoltenberqin birgə mətbuat konfransı olacaq.