İranın Təcili Yardım Xidmətinin rəhbəri Pirhüseyn Qolivand bu barədə açıqlama verib.

Az.shafaqna.com İran mediasına istinadən xəbər verir ki, bayram atəşfəşanlıqlarında 9 nəfər ölüb, 72 nəfər əl-ayağını itirib, 234 nəfər bədəni ağır yanıqlara məruz qalıb, 300 nəfər isə gözündən ciddi xəsarət alıb.

Ölkənin FHN yaralıların sayının 1500-ə çatdığını, ölənlərin sayının artacağını istisna etməyib.

Güc strukturları insidentlərlə bağlı artıq 25 nəfəri həbs edib.