Təqaüdçülərə şad xəbər

Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər

Mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb. Az.shafaqna.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb. Martın 5-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, martın 16-da isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bu məqaləni paylaş