Pakistanda mədəndə bədbəxt hadisə: Ölənlər var

Az.shafaqna.com xarici mediaya istindən xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində yerləşən kömür mədənində metan qazının partlayışı baş verib.

Harnai rayonunda baş verən bədbəxt hadisə zamanı 7 mədən işçisi həyatını itirib.

Xatırladaq ki, daha öncə Bəlucistanın Mərvar şəhərindəki kömür mədənində də analoji səbəblə partlayış baş vermişdi. O zaman 6 nəfər dünyasını dəyişmişdi.

Bəlucistan əyalətinin mədənçi-kömürçülər federasiyasının başçısı Sultan Məhəmməd Lala bildirib ki, 2020-ci ildə əyalətdə 72 fərqli bədbəxt hadisə baş verib və 102 mədənçi həyatını itirib.

Onun sözlərinə görə, hökumət və mədən sahibləri işçilər üçün təhlükəsiz iş şəraitini təmin edə bilməyib.

Bu məqaləni paylaş