
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda 2020-ci ildə qeydə alınmış internet abunəçilərinin sayı 57 min nəfər artaraq 998 min abunəçiyə çatıb.
Kommunikasiya Komissiyasının məlumatına görə, internet bazarında qeydə alınmış abunəçilərin sayı əvvəlki kimi dinamik şəkildə artır və abunəçilər – fiziki şəxslər üçün son 3 ildə illik artım tempi 14%-dir.
998 min qeydə alınmış abunəçilərin 950 mini ailədir ki, bu, internetin yayılmasını artırıb – 86%. Qeyd etmək lazımdır ki, 2013-cü ildə internetə çıxış 45% idi, bu gün isə həmin göstərici 2 dəfə artıb.
“Qeyd alınmış internet abunəçilərinin 84%-nin optik texnologiyalardan istifadə etməsi mühüm və müsbət faktdır və bu nisbətdə Gürcüstan Avropanın 28 aparıcı ölkəsini qabaqlayır”, – deyə qeyd edilib.





























