Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, 2023-cü ildən Qazaxıstan rəhbərliyi məktəblərdə tədricən 12 illik və latın qrafikalı təhsil sisteminə keçmək niyyətindədir.

Bu barədə ölkənin Təhsil və Elm Nazirliyinin kollegiyasının iclasının yekununda bildirilib.

Bununla bağlı olaraq ümumi təhsil standartı və nümunəvi tədris proqramı yenilənəcək. Xüsusi diqqət riyaziyyat, dil və informatika fənlərinə yetiriləcək.

Hazırda Qazaxıstan məktəblərində təhsil 11 il davam edir və qazax və rus dillərində aparılır. Qazax əlifbası kiril qrafikası əsasındadır.

Xatırladaq ki, kiril qrafikasından latın qrafikasına keçidə dair fərman 2017-ci il 26 oktyabrda o zamankı prezident Nursultan Nazarbayev tərəfindən verilib. O zaman 2025-ci ilədək yeni əlifabaya mərhələli keçidin təmin edilməsinə dair hökumətə göstəriş verilib.