Avropa 4 günlük iş həftəsinə keçid edə bilər

Az.shafaqna.com “The Guardian”-a istinadən xəbər verir ki, Avropa yaxın gələcəkdə 4 günlük iş həftəsinə keçə bilər, bu cür iş formatına ilk keçənlər isə ispanlar olacaq.

Təşəbbüs İspaniyanın “Mas Pais” partiyasına aiddir. İspaniya hökuməti də bu ideyanı dəstəkləyib. Hələ söhbət pilot layihədən gedir. İlk mərhələdə təcrübədə istəyən hər bir şəxs iştirak edə bilər.

Əgər hər şey alınarsa, 32 saatlıq iş həftəsinə ölkə boyu könüllü şəkildə keçid ediləcək. İşçilərin maaşları azalmayacaq, təsisatların maliyyə xərcləri isə dövlət büdcəsindən kompensasiya ediləcək.

Belə ki, birinci il əksik alınan mədaxil tam həcmində kompensasiya ediləcək, ikinci il büdcədən vəsaitin yarısı ödəniləcək, 3-cü il isə 3-də 1-i qarşılanacaq. İlkin olaraq layihədə təxminən 200 təsisat iştirak etmək üçün müraciət edib.

Sözügedən təşəbbüsə səbəb isə statistika üzrə ispanların işə, Avropadakı orta göstərici ilə müqayisədə, daha çox vaxt sərf etməsi faktı olub. Üstəlik ispanların əmək səmərəliliyi azdır.

Mütəxəssislərin əksəriyyəti hesab edir ki, əgər bu nümunə alınarsa, İspaniya təcrübəsi ilə digər Avropa ölkələri də gedə bilər, üstəlik Aİ-də 4 günlük iş rejimi haqda təkliflər daha tez-tez səslənməyə başlayıb.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş