İraqın ən böyük aviabazası raket atəşinə tutuldu

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İraqda yerləşən ən böyük aviabaza olan “Bələd” raket zərbələrinə məruz qalıb.

Sözügedən baza paytaxt Bağdaddan 64 km şimalda Səlahəddin əyalətində yerləşir.

Bazaya 3 raket atılıb. Onların hamısı hərbi obyektin ərazisindən kənarda partlayıblar. İtki yoxdur.

Hücumun kim tərəfindən edilməsi barədə məlumat verilməyib.

Xatırladaq ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin bazanı İraq ordusuna təhvil verdiyi deyilsə də, bazada hələ ABŞ-ın “Sallyport Global” hərbi şirkətinin əməkdaşlarının olduğu məlumdur.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş