
Az.shafaqna.com xəbər verir ki, İraq Türkmən Ədalət Partiyasının sədri Ənvər Bayraqdar koronavirusdan dünyasını dəyişib.
Bu haqda Rudav Telekanalı məlumat yayıb.
Məlumata görə, koronavirusa (COVİD 19) yoluxan İraq Türkmən Ədalət Partiyasının sədri evində karantində olub.
İraq Türkmən Ədalət Partiyasının sədr müavini İsmayıl Əhmədoğlu verdiyi açıqlamada bildirib ki, 10 gün öncə Bayraqdarın koronavirus testi neqativ çıxdığına görə, özünü evdə karantinə aldırıb.
Evində vəziyyəti pisləşən Bayraqdar Kərkük Dövlət xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Bayraqdarın cənazəsi bazar ertəsi Kərkükün Avcı Məscidində qılınacaq zöhr namazından sonra Musalla qəbiristanlığında dəfn olunacaq.
Bayraqdar 1956-cı ildə Kərkükdə dünyaya gəlib. İbtidai, orta və yuxarı sinif təhsilini Kərkükdə alıb. Bağdad Universitetinin Kənd Təsərrüfatı fakültəsindən məzun olub. Sədri olduğu İraq Türkmən Ədalət Partiyasını 2004-cü ildə qurub.
























