Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (deklarasiya edilməmiş ticarət hesaba alınmadan) 1 654 milyon dollar təşkil edib
Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azdır.
Sözügedən məlumat Gürcüstan Milli Statistika Xidməti tərəfindən təqdim edilib.
Həmin rəqəim 494,7 milyon dollarını ixrac (-6,8%), 1 159,3 milyon dollarını isə idxal (-14,1%) təşkil edib.
Bildirilir ki, cari ilin ilk 2 ayında ticarət balansının mənfi saldosu 664,6 milyon dollar və xarici ticarət dövriyyəsinin 40,2 faizini təşkil edib.
Bu məqaləni paylaş