AŞ nümayəndəsi Gürcüstan prezidenti ilə görüşəcək

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Avropa Şurası (AŞ) prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşəcək.

Bidlirilir ki, Kristian Danielson artq AŞ nümayəndəliyinin ofisini tərk edib.

Qeyd edək ki, Danielson iki həftə ərzində müxalifət və iqtidar nümayəndələri ilə həm fərdi, həm də birgə formatlarda görüşlər keçirib. O, Gürcüstanı bu gün tərk etməli idi, lakin burada qalaraq danışıqlar prosesini davam etdirəcəyini bəyan edib.

Bu gün səhərdən o, müxalifət təmsilçiləri ilə görüşləri davam etdirib.

Bu məqaləni paylaş