Türkiyənin Tunceli şəhərində “Eren-7 Mercan Munzur” əməliyyatında terror təşkilatı PKK-lı terrorçuların istifadə etdiyi 5 sığınacaq yeri məhv edilib.
Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, Tunceli Valiliyinin məlumatına görə, Hozat qəsəbəsi ərazilərində həyata keçirilən əməliyyat zamanı terrorçuların istifadə etdiyi aşkarlanan 5 sığınacaq yeri təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.
Sığınacaqlarda aparılan axtarışlar zamanı gündəlik həyatda istifadə olunan müxtəlif ərzaqlar tapılıb.
Bölgədə terror ünsürlərini zərərsizləşdirmək üçün əməliyyatlar davam edir.
Bu məqaləni paylaş