İsveçdə müsəlman uşaqların oxuduğu məktəb yandırıldı

Az.shafaqna.com SVT-a istinadən xəbər verir ki, İsveçdə naməlum şəxslər müsəlman uşaqların təhsil aldığı məktəbdə yanğın törədiblər.

İnsident Erebru şəhərində yerləşən “Alsalamskolan” məktəbində baş verib.

Məktəb direktoru Hüseyn Aldaodi bildirib ki, müşahidə kameralarının qeydə aldığı kadrlarda 2 naməlum şəxsin məktəbi necə yandırdığı görünür. Onun sözlərinə görə, həmin görüntülər polisə təhvil verilib.

Üzləri maskalı naməlum şəxslər birinci mərtəbədəki pencərələri sındıraraq məktəbə yanan maddə atıblar. Hadisə səhər tezdən baş verib, xoşbəxtlikdən məktəbdə heç kim olmayıb”, – deyə Aldaodi qeyd edib.

Polis faktla bağlı araşdırma başladıb.

Bu məqaləni paylaş