Ötən həftə 282 şəhid ailələsinin məişət şəraiti yaxşılaşdırılıb

Ötən həftə ərzində 282 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə “YAŞAT” Fondu facebook hesabında məlumat-hesabat yayıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən 8-14 mart tarixlərində 84 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə 96 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 128 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 60 şəxsin tibb xərclərinin ödənilməsi və 31 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Bu məqaləni paylaş