Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Çin texnologiya nəhəngləri arasındakı gərginlikdən sonra mühüm bir qərar qəbul olunub.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, ABŞ hökuməti və Müdafiə Nazirliyinin (Pentaqon) “Xiaomi”nin ölkəyə sərmayə qoymasını yasaqlayan qərarı federal məhkəmədə rədd edilib. Verilən qərara görə, “Xiaomi”yə qadağalar tətbiq olunmayacaq.
Qeyd edək ki, Pentaqon səlahiyyətliləri “Xiaomi”nin Çin ordusu ilə əlaqədar firmalardan biri olduğunu bildirmiş, onun ABŞ-a sərmayə qoymasının dayandırılmasını istəmişdi. Ancaq məhkəmə qərarında “Xiaomi” vətəndaşların istifadəsi üçün ticarət məhsulları istehsal edən ictimai firma” deyə vurğulanıb.
Bu məqaləni paylaş