İran səfirliyinin avtomobili Ələt-Astara yolunda qəzaya uğradı – FOTO

Cəlilabad rayonunda yol qəzası baş verib.

Az.shafaqna.com “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə məxsus “Toyota” markalı avtomobil qəzaya uğrayıb.

Qəza nəticəsində səfirliyin əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda İran səfirliyinin avtomobili qəzaya uğradı, xəsarət alan var - FOTO

Bu məqaləni paylaş