“Əldə olunan dəlillər İranın konteyner gəmisinə qarşı beynəlxalq qanuna və dəniz qanunlarına zidd olan təxribat hücumunu təsdiqləyir.”
Az.shafaqna.com xəbər verir ki, bunu İranın xarici işlər nazirliyinin sözcüsü Səid Xətibzadə deyib.
O bildirib ki, gəmiyə hücum beynəxalq qanunlar və dəniz qanunlarını açıq-aşkar heçə saymaq və pozmaqdır.
“Bu təxribatın təşəbbüskarlarını müəyyənləşdirmək üçün lazımi tədbirlərin görülməsi üçün əlaqədar qurumlar iş görürlər və bu mövzunu gündəmdə saxlaycağıq.”, -deyə Xətibzadə əlavə edib.
Bu məqaləni paylaş