Bitkoin 60 min dolları keçdi, sonra…

Ən geniş yayılmış kripto valyuta olan bitkoin bu gün növbəti dəfə ən yüksək həddə çataraq 60.000 ABŞ dollarını keçib.

Az.shafaqna.com bloomber-ə istinadən xəbər verir ki, bitkoin 60.622 ABŞ dollarına satılıb, daha sonra 59.945 ABŞ dollarına düşüb.

Londonda Nexo-nun idarəedicisi və həmtəsisçisi Antoni Trençev “Bitkoinin dözümlülüyü əfsanə mövzusu olduğunu sübut edir. Hər düzəliş, hərəkəti yuxarı doğru sıfırlamaq və yenidən başlamaq üçün bir fürsətdir.”, -deyə bitkoinin bahalaşmasını şərh edərkən deyib.

Bu məqaləni paylaş