Ermənistan Prezidenti və Baş naziri erkən seçkiləri müzakirə ediblər

Ermənistan Prezidenti Armen Sarkisyan şənbə günü prezident iqamətgahında Baş naziri Nikol Paşinyanla görüşüb, Prezidentin mətbuat xidməti xəbər verir.

Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, məlumata görə, Sarkisyanla Paşinyan ölkədə yaranmış siyasi böhrandan çıxış yollarını müzakirə ediblər.

Bu kontekstdə “həll variantı” kimi növbədənkənar parlament seçkiləri məsələsi nəzərdən keçirilib, məlumatda deyilir.

Danışıqlar Armen Sarkisyanın təşəbbüsü ilə siyasi qüvvələrlə görüşlər silsiləsi çərçivəsində keçirilir.

Bu məqaləni paylaş