Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçiriləcək

Qırğızıstanın əsas qanununun – Konstitusiyanın dəyişdirilməsi üçün referendum aprelin 11-də keçiriləcək.

Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Qırğızıstan parlamenti – Joqorku Keneş martın 11-də bununla bağlı qanun layihəsini təsdiq edib.

Referenduma Qırğızıstanın Prezident idarəçiliyinə keçirilməsi və deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılacaq.

Xatırladaq ki, indiyədək Qırğızıstanda parlament-prezident idarəçilik forması mövcud idi.

Bu məqaləni paylaş