Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, belarusların dostu yoxdur.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Mənim cümləmə diqqət yetirin: bizim dünyada dostumuz yoxdur”, – deyə o qeyd edib.
Ölkədəki ictimai-siyasi vəziyyətdən danışan Lukaşenko deyib ki, “danışılası çox şey var, lakin (bunlar) zamanla (deyiləcək)”.
“Nüanslar isə bugünkü gün üçün deyil”, – deyə o əlavə edib.
Bu məqaləni paylaş