Photo: courtesy of The National Museum

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın Bolnisi şəhərində daha bir yeni muzey açılıb.

Photo: courtesy of The National Museum

Gürcüstan Milli Muzey Xidmətinin məlumatına görə, yeni açılan müzey Kvemo Kartli regionunun təhsil, turizm və elmi-araşdırma mərkəzidir.

Photo: courtesy of The National Museum

Qeyd edilir ki, beynəlxalq standartlara cavab verən muzey binasının daimi ekspozisiyası, həmçinin müvəqqəti sərgi məkanı da var.

Photo: courtesy of The National Museum

Orada Kvemo Kartlinin tarixi, regionun unikallığı və onun təbii zənginliyi nümayiş etdiriləcək.

Muzey əsasən yerli məktəb şagirdləri üçün nəzərdə tutulacaq, burada hətta müxtəlif mövzulu məktəb dərsləri də keçiriləcək.