Gürcüstanın qərbində 4,3 ballıq zəlzələ baş verdi

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Oni şəhərindən cənub-şərqdə Onçeli kəndində (Raça Leçxumi – Kvemo Svaneti regionunda) 4,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.

Yeraltı təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb. Episentr 10 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Bu məqaləni paylaş