Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Əfqanıstanın qərbində yerləşən Herat əyalətində terror aktı törədilib, nəticədə azı 8 nəfər dünyasını dəyişib, 53 nəfər isə yaralanıb.
Herat qubernatoru Vahid Katali bildirib ki, terrorçu-kamikadze içərisi partlayıcı ilə dolu olan avtomobilini Genç rayonunun polis sahəsinə soxub.
“Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı yaşayış tikililəri də zərər görüb. Həyatını itirənlər arasında dinc sakinlər də var”, – deyə o qeyd edib.
Yaralılar Herat Dövlət Xəstəxanasına çatdırılıb; onlardan 6-nın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Əfqanıstan DİN rəsmisi Tarık Aryerin sözlərinə görə, terror aktının arxasında “Taliban” terror təşkilatı durur.
Bu məqaləni paylaş