Az.shafaqna.com xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas İslam Dünyasının böyük mərcələrindən olan Ayətullahül Üzma Seyid Sistaniyə məktub göndərib.
Fələstinli lider məktubunda İslam Peyğəmbərinin Meraca çıxması münasibətilə Ayətullah Sistani və İraq xalqını təbrik edərək, İraq xalqı da olmaqla bütün İslam Ümmətinə firavanlıq, xoşbəxtlik və əminamanlıq arzu etdiyini bildirib.
O işğalda olan torpaqlar, həmçinin ziyarətgahların tezliklə azad olmasını bu gündə Allahdan dilədiyini qeyd edib.
Mahmud Abbas həmçinin Papa Fransiskin İraqa səfəri zamanı Ayətullah Sistani ilə görüşünə işarə edərək, bu görüşü yüksək dəyərləndirib.
O Ayətullah Sistaninin görüş zamanı Fələstinlə bağlı mövqeyini təqdirəlayiq hesab etdiyini, Fələstin xalqının haqlı mübarizəsinə göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirib.