Gürcüstanda ticarət mərkəzləri və bazarlar həftəsonları da işləməyə başladı

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda məhdudiyyətlərin yumşaldılmasından sonra 13 martdan bütün ticarət mərkəzləri və əşya bazarları həftəsonları da işləməyə başlayıb.

Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, 8 martdan məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi start götürüb: dağ-xizək kurortlarında kanatların fəaliyyəti bərpa edilib, Gürcüstandakı bütün restoranlarda məkanda fəaliyyətə icazə verilib (həftəsonlarından başqa), ticarət mərkəzləri və əşya bazarları şənbə və bazar günləri də işləyə biləcək.

Digər məhdudiyyətlərə gəlincə, trenajor zalları, ali və peşə məktəbləri 15 martdan tədris prosesini auditoriyalarda müəyyən edilmiş reqlamentə uyğun şəkildə keçirə biləcək.

Həmçinin 15 martdan məktəb dərnəkləri öz fəaliyyətlərini bərpa edəcək, peşəkar ansambllar, teatrlar və idman klubları isə məşğələlərini bərpa edə biləcək. Teatr və idman yarışları isə 1 apreldən tamaşaçı qəbul edə biləcəklər.

21:00-dan 05:00-dək olan hərəkət qadağası isə qüvvədə qalır.

Bu məqaləni paylaş