
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya qırıcıları Qara dəniz üzərində uçan ABŞ-a məxsus kəşfiyyat təyyarələrinin ələ keçirilməsi üçün havaya qalxıb.
Bundan başqa, Qara dəniz və Baltika donanmalarının HHM qüvvələri Almaniyaya məxsus P-3C “Orion” kəşfiyyat təyyarəsini də müşahidə edib.
Rusiya tərəfi bildirib ki, həmin təyyarələr Rusiya sərhədlərini pozmayıb.
Qeyd edilib ki, qırıcılar ABŞ kəşfiyyatçılarını müşayiət edərək yola salıb.






























